Zaur Ramazanov oktyabrın 2-də futbolla vidalaşacaq

"Xəzər Lənkəran"ın oktyabrın 2-də Unibank Premyer Liqasının VIII turunda "Bakı" klubu ilə qarşılaşmasında komandanın sabiq hücumçusu Zaur Ramazanovun futbolla təntənəli vidalaşma mərasimi keçiriləcək. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Zaur topa ilk zərbəni vuraraq meydanı azarkeşlərin alqışları altında tərk edəcək.


Qeyd edək ki, Zaur Ramazanov 2005-ci ildən "Xəzər Lənkəran"ın ən böyük nəticə verən futbolçularından biri olub. "Xəzər Lənkəran"ın bütün titulların qazanmasında Zaur Ramazanovun xidmətləri danılmazdır. Onun iştirakı ilə komanda 2 dəfə Azərbaycan kubokunun qalibi (2006/2007 və 2007/2008), 1 dəfə ölkə çempionu (2006/2007) olub, 1 dəfə Birlik kubokunu qazanıb (2008). Zaurun özü də Azərbaycan çempionatının bombardirlər siyahısında yer alıb (2006/2007).
Eyni zamanda Ramazanov Azərbaycan milli yığmasının üzvü də olub. Həmin qismdə o 14 oyunun iştirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...