Messi “Barselona” klubunu tərk etmək qərarına gəlib

Messi “Barselona” klubunu tərk etmək qərarına gəlib

Argentinanın futbol üzrə milli komandasının hücumçusu Lionel Messi 2018-ci ilin yayında İspaniyanın “Barselona” klubunu tərk etmək qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçunun kontraktı uzatmamasına səbəb çalışdığı klubun transfer siyasətindən narazı qalmasıdır.

Qeyd edək ki, Messinin hazırkı kontraktının müddəti 2018-ci ilin yayında başa çatacaq. “The Sun” nəşri Messinin karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə biləcəyini bildirmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə