Futbol üzrə DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi dünən növbəti oyununa çıxıb. Milli komandamız səfərdə Norveçlə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqib ilk qolu penaltidən vurub. Millimizin kapitanı Rəşad Sadıqovun avtoqolu isə matçın yekun nəticəsini müəyyənləşdirib. Bu, millimizin seçmə mərhələdə ardıcıl 4-cü məğlubiyyətidir.
Qeyd edək ki, C qrupunun digər oyununda Almaniya Çexiyaya (2:1), Şimali İrlandiya isə San Marinoya (3:0) qalib gəlib. Bu nəticələrdən sonra millimiz turnir cədvəlində bir pillə geriləyərək 5-ci yerə düşüb.
DÇ-2018, seçmə mərhələ
VII tur
1 sentyabr
C qrupu
22:45. Norveç - Azərbaycan - 2:0
Qol: Coşua Kinq, 32-pen. Rəşad Sadıqov, 60-avtoqol
Qırmızı vərəqə: Bədavi Hüseynoov, 90 (Azərbaycan)
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis
Dördüncü hakim: Bartosz Frankowski (Hakimlər Poşadandır)
22:45. Çexiya - Almaniya - 1:2
22:45. San Marino - Şimali İrlandiya - 0:3
|
N |
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
1 |
Almaniya |
7 |
7 |
0 |
0 |
29-2 |
21 |
|
2 |
Ş. İrlandiya |
7 |
5 |
1 |
1 |
14-2 |
16 |
|
3 |
Çexiya |
7 |
2 |
3 |
2 |
10-7 |
9 |
|
4 |
Norveç |
7 |
2 |
1 |
4 |
8-10 |
7 |
|
5 |
Azərbaycan |
7 |
2 |
1 |
4 |
3-11 |
7 |
|
6 |
San Marino |
7 |
0 |
0 |
7 |
1-33 |
0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB