Azərbaycan birinciliyi başa çatdı FOTOLAR

Azərbaycan birinciliyi başa çatdı FOTOLAR

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda və Bakı Olimpiya Stadionu ətrafındakı yollarda çoxgünlük ötüşmələr üzrə Açıq Azərbaycan çempionatı keçirilib. SİA-nın məlumatına görə, 3 gün davam edən yarışda Gürcüstan və Rusiya Federasiyası velosipedçiləri də iştirak edib.

Üç mərhələnin yekununa əsasən, gənclər kateqoriyasında 1-ci yerə yığma komandamızın üzvü Kərim Şirəliyev layiq görülüb.O, 1-ci mərhələni 1-ci, 2-ci və 3-cü mərhələləri isə 2-ci sırada tamamlayıb. İlk yarış günündə finiş xəttini 2-ci, sonrakı günlərdə isə 1-ci keçən yığmamızın digər üzvü İvan Orlov ümumi təsnifatda Kərimdən 24 saniyə geri qalmaqla 2-ci yeri tutub. İlk üçlüyü isə Rusiya Federasiyasından gəlmiş Telman Vəliyev tamamlayıb.

2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında qalib adını Qadir Mustafayev qazanıb. O, ilk mərhələdə 7-ci, 2-cidə isə 3-cü olsa da, sonuncu yarış günündə geriliyi aradan qaldırmağa müvəffəq olub və fəxri kürsünün ən yüksək piləsinə qalxıb. Nəcəf Bağırov ilk 2 mərhələdə 1-ci nəticə göstərməsinə rəğmən, sonuncu yarış günündə liderliyi Qadirə təhvil verib və ümumi təsnifatda 2-ci yeri tutub. Gürcüstan yığma komandasının üzvü Avtandi Piranaşvili isə Açıq Azərbaycan birinciliyinin bürünc medalına layiq görülüb. Fərqlənən idmançılar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə