Daha bir futbolçumuz karyerasını xaricdə davam etdirəcək

Daha bir futbolçumuz karyerasını xaricdə davam etdirəcək

Daha bir futbolçumuz karyerasını ölkə xaricində davam etdirəcək. SİA-nın məlumatına görə, o, Valeh Seyidovdur. Dəfələrlə müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının qalibi və bombardiri olmuş hücumçu Portuqaliyanın "Louletano" klubu ilə müqavilə bağlayıb. İkinci liqada mübarizə aparan klubla anlaşmanın müddəti 1+1 ildir. "Louletano" V.Seyidovu uzunmüddətli baxış mərhələlərindən keçirəndən sonra düşərgəsində saxlayıb.

Qeyd edək ki, futbolçu "Bakı"nın yetirməsidir. O, paytaxt təmsilçisinin heyətində həm Premyer Liqa, həm də I Divizion təcrübəsi toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə