Azərbaycan millisi Xorvatiya yığmasını məğlub edib

Azərbaycan millisi Xorvatiya yığmasını məğlub edib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qitə birinciliyinə hazırlıqları davam etdirir. SİA-nın məlumatına görə, hazırda Sloveniyada olan komandamız təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Faiq Qarayevin yetirmələri bu dəfə də xorvatiyalı həmkarlarını sınağa çəkiblər. Dörd hissə davam etmiş matçda yığmamız 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bir gün əvvəl tərəflər arasında baş tutmuş görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Yoldaşlıq oyunu

Maribor, Sloveniya

Azərbaycan - Xorvatiya 3:1 (25:16, 25:19, 22:25, 25:16)

Bütün xəbərlər Facebook səhifəmizdə