"Qarabağ" növbəti transferini reallaşdırmağa hazırlaşır

"Qarabağ" növbəti transferini reallaşdırmağa hazırlaşır

"Qarabağ" növbəti transferini reallaşdırmağa hazırlaşır. SİA-nın məlumatına görə, Ağdam klubu Yunanıstanın PAOK komandasında forma geyinən Pedro Enrikenin keçidini həll etmək üzrədir. Yunanıstan mətbuatının yaydığı xəbərə görə, klublar arasında bir neçə gündür davam edən danışıqlar yekunlaşıb. Razılaşmaya əsasən, 27 yaşlı yarımmüdafiəçi Ağdam klubunda icarə əsasında çıxış edəcək.

Hazırda kiçik detallar müzakirə olunur. Əgər hər-hansı problem olmasa, "Qarabağ" klubu yeni transferini tezliklə rəsmən açıqlayacaq.

Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə