"Ştutqart" "Beşiktaş"ın futbolçusunu heyətinə qatıb

"Ştutqart" "Beşiktaş"ın futbolçusunu heyətinə qatıb

İstanbulun "Beşiktaş" klubunda bir ayrılıq reallaşıb. SİA-nın məlumatına görə, "qara qartallar"ın alman müdafiəçisi Andreas Bek karyerasını vətənində davam etdirəcək. Belə ki, 30 yaşlı cinah oyunçusu "Ştutqart"a transfer olub. Bundesliqa təmsilçisi bu keçid üçün "ağ-qaralar"a 2 milyon avro ödəyəcək.

Qeyd edək ki, Bek 2015-ci ildə "Beşiktaş"a "Hoffenhaym"dan transfer olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə