Polyak üzgüçü Sebastyan Karas bir ilkə imza atıb. O, tarixdə ilk dəfə Baltik dənizini üzərək keçə bilib. SİA-nın məlumatına görə, bu idmançı Polşanın Kolobjeq şəhəri ilə Danimarkanın Bornholm adası arasındakı məsafəni 28,5 saata qət edib.
İdmançını kiçik bir gəmi müşayiət edib. Bu müddətdə bəzən dalğaların hündürlüyü 2 metrə çatıb, suyun temperaturu isə 20 dərəcəni aşmayıb.
Sebastyan Karas Baltik dənizini üzərək keçmək üçün ilk dəfə keçən il cəhd göstərib. Lakin o vaxt startdan 8 saat sonra üzgüçü səhhətinin vəziyyətinə görə bu cəhdini yarımçıq dayandırmalı olub.
26 yaşlı üzgüçü Elblonqda anadan olub. İki il bundan əvvəl o, La-Manş kanalını üzərək keçib və o vaxt da yüksək nəticə göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB