Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin rəhbəri, beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov qadınlar arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlara qitə qurumunun nümayəndəsi təyin olunub.
SİA-nın məlumatına görə, İ.Əsgərov Ukraynanın “Qalutçanka” və Hollandiyanın “Jansen Dalfsen” komandaları arasında keçiriləcək oyununun hakimləri montoneqrolu Boqdan Kaludjeroviç və İvan Vujacicin idarəçiliyinə nəzarət edəcək.
Bu cütün ilk oyunu sentyabrın 10-da, cavab qarşılaşması isə bir həftə sonra olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB