Futbol üzrə Azərbaycan milli komandasının formasında dəyişiklik edilib. SİA-nın məlumatına görə, yığmamızın formasına Azərbaycan bayrağı əlavə olunub.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində yığmamızın üzvləri Norveçlə səfər, San-Marino ilə evdə keçirəcəyi matçlara göy rəngli formada çıxacaqlar.
Qeyd edək ki, Norveçlə matç sentyabrın 1-də "Ullevaal" stadionunda, San-Marino ilə qarşılaşma sentyabrın 4-də "Bakcell Arena"da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB