"Gənclərbirliyi" baş məşqçisi ilə yollarını ayırıb

"Gənclərbirliyi" baş məşqçisi ilə yollarını ayırıb

Türkiyə Superliqası təmsilçisi "Gənclərbirliyi" baş məşqçisi Ümit Özatla yolları ayırıb. SİA-nın məlumatına görə, buna komandanın ölkə çempionatının ilk 3 turundakı uğursuz çıxış səbəb olub.

Qeyd edək ki, "Gənclərbirliyi" 3 turdan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Əlavə edək ki, Ü. Ozat ötən ildən Türkiyə klubunu çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə