Beynəlxalq dərəcəli azərbaycanlı həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları kişilər arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlara təyinat alıblar. SİA-nın məlumatına görə, referilər Xorvatiyada yerli “HRK Gorisa” və Estoniyanın “Polva Serviti” komandaları arasındakı görüşü idarə edəcəklər. Matçda EHF nümayəndəsi bosniyalı Pero Maric olacaq.
Komandalar arasındakı ilk oyun sentyabrın 2-də, cavab görüşü isə bir həftə sonra keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB