Roy Kin: "Yararsız oyunçuları belə 35 milyon funta transfer edirlər" AÇIQLAMA

Roy Kin: "Yararsız oyunçuları belə 35 milyon funta transfer edirlər" AÇIQLAMA

"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin futbolçuların transfer qiymətinin yüksəlməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, irlandiyalı mütəxəssis bunları deyib. "Hazırkı transfer qiymətləri mənə heç cür çatmır. İndi peşəkar futbolçu olmaq xeyli asandır. Yararsız oyunçuları belə 35 milyon funta transfer edirlər. Əslində bu, onların günahı deyil. Transfer bazarının tələbi budur. Top-futbolçular çatışmır. Ona görə ulduzları inanılmaz qiymətə satırlar. Van Nistelrooy indi milyard funt dəyərində olardı. Bekhem də həmçinin. Rayan Qiqqs isə 2 milyard funt. Mən? Transfer qiymətim 3.75 milyon funt olardı".

Qeyd edək ki, Roy Kin 1993-cü ildə "Mançester Yunayted"ə məhz 3.75 milyon funta keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə