Yay transfer pəncərəsinin bağlanmasına saatlar qaldığı bir vaxtda "Mançester Yunayted" azarkeşlərinə növbəti sürprizi edə bilər. SİA-nın məlumatına görə,"Real"ın vinqeri Qaret Beyl "qırmızı şeytanlar"la danışıqlar aparmaq üçün Uels millisinin düşərgəsini tərk edib.
Ulduz futbolçu bunun üçün baş məşqçi Kris Kolemandan icazə alıb. İspan nəşrləri "Mançester Yunayted"in Beylə görə 105 milyon avro ödəyə biləcəyini yazır.
2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya Madrid klubuna keçən Beyl həmin vaxt dünyanın ən bahalı transferi idi. Yeni mövsümdə 2 oyuna çıxan Qaretin aktivində 1 qol, 1 məhsuldar ötürmə var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB