"Monako" Keyta Baldeni heyətinə qatıb

"Monako" Keyta Baldeni heyətinə qatıb

"Monako" yay transfer pəncərəsinin bitməsinə az qalmış daha bir oyunçunu transfer edib. SİA-nın məlumatına görə, "knyazlıq klubu" "Latsio"nun hücumçusu Keyta Baldeni heyətinə qatıb. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Seneqallı hücumçu üçün "Monako" "Latsio"ya 30 milyon avro ödəyib. Müqavilədə 5 milyon avroluq bonus şərti də var.

Qeyd edək ki, cinahlarda və hücumçunun arxasında oynayan Balde, ötən mövsüm 34 oyuna 16 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə