İtaliyanın "Napoli" klubu sosial şəbəkədə Bakı ilə bağlı maraqlı paylaşım edib. SİA-nın məlumatına görə, Neapol təmsilçisi "Twitter" səhifəsində 4 fanatının Bakıda çəkilən fotosunu yayıb.
Yeni formasını nümayiş etdirən "Napoli" italyan, ingilis və Azərbaycan dillərində açıqlama yayıb: "Azərbaycan, bizim yeni mövsüm köynəyimiz və Bakı şəhərinin möhtəşəm Alov qüllələri. Yeri gəlmişkən, Bakı və Neapolun qardaşlaşmış şəhərlər olduğunu bilirdizmi?"
Qeyd edək ki, Bakı ilə Neapol 1972-ci ildən qardaşlaşmış şəhərdirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB