“Sumqayıt” məşqləri bərpa edib

“Sumqayıt” məşqləri bərpa edib

Üçüncü turda “Zirə” ilə qarşılaşmanın ardından 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib. SİA-nın məlumatına görə, dünən saat 19:00-da “Kapital Bank Arena”da məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində çalışıb.

Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev U-21 millinin heyətində olduqları üçün məşq prosesində iştirak etməyiblər. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq, komandaya qoşulub.

Qeyd edək ki, “Sumqayıt” - “Neftçi” qarşılaşması 10 sentyabr tarixində “Kapital Bank Arena”da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə