“Səbail” və “Zirə” yoxlama oyunu keçirəcəklər

“Səbail” və “Zirə” yoxlama oyunu keçirəcəklər

Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Səbail” və “Zirə” komandaları yoxlama oyunu keçirəcəklər. SİA-nın məlumatına görə, oyun 2 sentyabr saat 17:30-da “Dalğa Arena”da reallaşacaq. Yoxlama görüşü arenanın əsas yox, köməkçi meydanında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ilk turunda “Zirə” “Səbail” üzərində 2-1 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə