"Osmanlıspor"dan növbəti transfer

"Osmanlıspor"dan növbəti transfer

Türkiyənin "Osmanlıspor" klubu növbəti transferini rəsmiləşdirib. SİA-nın məlumatına görə, Super Liqa təmsilçisi "Başakşəhər"in albaniyalı hücumçusu Sokol Çikalleşini heyətinə qatıb. Bu barədə klubun rəsm saytı məlumat yayıb. 27 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Çikalleşi 2015-ci ildən "Osmanlıspor"da çıxış edir. O, ötən mövsümün ikinci dövrəsini "Akhisar"da icarədə keçirmişdi.

Albaniya yığmasının da şərəfini qoruyan forvard karyerası ərzində "Besa", "Skenderbeu", "Tirana", "İnçhon Yunayted", "Kukesi" və "Split" klublarının da şərəfini qoruyub.

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də Albaniya yığmasında çıxış edir və komandanın kapitanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə