Əli İsmayılov Buz Sarayında rinqə çıxacaq

Birinci ağır çəki dərəcəsində WBO versiyası üzrə çempion tituluna sabiq iddiaçı, Azərbaycan boksçusu Əli İsmayılov sentyabrın 25-də Murmanskdakı Buz Sarayında rinqə çıxacaqdır.

SİA-nın məlumatına görə, Əli İsmayılov ikinci eşelonda çıxış edən macar boksçu Cozef Neyci ilə qarşılaşacaqdır. 36 yaşlı Əli İsmayılov rinqdə fəal çıxışlarını davam etdirir. Bugünkü görüş son 14 ayda sayca beşinci olacaqdır. Həmyerlimiz təxminən bir il bundan əvvəl WBO versiyası üzrə çempion adı uğrunda mübarizəyə qoşulmuş, lakin argentinalı Viktor Ramires ilə çox gərgin mübarizədə məğlub olub.

Boksçumuzun aktivində bir növ qeyri-adi – Latın Amerikası ölkələrinin boks federasiyası versiyası üzrə çempion kəməri vardır. Xatırladaq ki, idmançımız həmin regionda bir neçə il fəal və uğurlu çıxışlar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...