Berti Foqts: "5-6 il sonra Bundesliqanın oyunlarına baxan olmayacaq" AÇIQLAMA
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Almaniya Bundesliqasında videotəkrar sisteminin (VAR) tətbiqinin əleyhinə olduğunu bilidrib. SİA-nın məlumatına görə, 71 yaşlı mütəxəssis açıqlamasında sistemin mənasız olduğunu söyləyib.
Onun fikrincə, 5-6 il sonra Bundesliqanın oyunlarına baxan olmayacaq: “VAR sisteminin indiki formada istifadəsinin heç bir mənası yoxdur. Biz bu gözəl idman növünü məhv edə bilmərik. Beş-altı il sonra Bundesliqanın oyunlarını heç kim izləməsə, buna təəcüblənməməliyik. Futbola gülünclüyünə görə baxılmamasına aparan yoldayıq”.
Qeyd edək ki, Berti Foqst 2008-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB