Azərbaycan yığması dünya çempionatında üçüncü yeri tutub

Azərbaycan yığması dünya çempionatında üçüncü yeri tutub

Bədii gimnastika üzrə Moskvada keçirilən dünya çempionatında ümumi komanda hesabında Azərbaycan yığma komandası üçüncü yeri tutub. SİA-nın məlumatına görə, beləliklə, Azərbaycan gimnastları 2007-ci ildə Yunanıstanın Patras və 2009-cu ildə Yaponiyanın Miye şəhərlərində keçirilmiş dünya birinciliklərində qazandıqları uğuru bu dəfə də təkrarlayıblar.

Yığma komandamızın lideri Aliyə Qarayevanın Moskvadakı uğurlu çıxışlarını xüsusi qeyd etmək lazımdır. O, halqa, top və lent ilə hərəkətlərdə bürünc medal qazanıb. Bundan əlavə, Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva komanda birinciliyində də bürünc medala layiq görülüblər. Xatırladaq ki, Rusiya paytaxtında keçirilən 30-cu dünya çempionatında çoxnövçülük üzrə qrup komandalarının yarışları bu gün başlanacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə