Millimizin üzvləri internat məktəbini ziyarət ediblər

Millimizin üzvləri internat məktəbini ziyarət ediblər

Futbol üzrə milli komandamızın üzvləri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli Respublika xüsusi internat məktəbini ziyarət ediblər. SİA-nın məlumatına görə, yığmanın baş məşqçi Robert Prosineçki, onun köməkçiləri və futbolçu heyəti sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlarla görüşərək səmimi söhbət ediblər. Onlar, həmçinin, uşaqlarla futbol oynayıblar.

Qeyd edək ki, Azərbaycan millisi hazırda Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıda keçirəcəyi oyunlara hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə