"Real Madrid" yay transfer kampaniyasını yekunlaşdırıb. SİA-nın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan klub prezidenti Florentino Pereslə görüşündə bildirib.
Fransalı mütəxəssis heyətdə güclənməyə artıq ehtiyac duyulmadığını söyləyib. Bu isə Fransa "Monako"sundan Kilian Mbappenin transfer olunacağına dair söz-söhbətə son qoyulduğu anlamına gəlir.
Qeyd edək ki, bu yay "Real Madrid"ə müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Dani Sebalyos cəlb olunub. Əvəzində komandanı hücumçu Alvaro Morata, yarımmüdafiəçi Xames Rodriges, müdafiəçilər Danilo, Fabio Koentrau və Pepe tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB