“Real”ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylin La Liqanın ikinci turunda “Valensiya” ilə görüşdə (2:2) azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız məşqçi uelsli futbolçudan razılıq edib:
“Beyl bizim aparıcı futbolçumuzdur. Qaret elə Qaretdir. Mən ona inanmaqda davam edirəm. “Real”ın hər bir futbolçusu kimi onunla da çalışmalarımızı davam etdirəcəyik. Beyl normal vəziyyətdədir. Bəli, “Valensiya” ilə oyunda şansları olsa da, onları dəyərləndirə bilmədi. Oyunçularımı tənqid etmək fikrində deyiləm. Əksinə, onların işə yanaşması məni qane edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB