Messinin böyük qardaşı avtomobil qəzasına düşüb!

Messinin böyük qardaşı avtomobil qəzasına düşüb!

“Barselona”nın hücumçusu Lionel Messinin böyük qardaşı Matias avtomobil qəzasına uğrayıb. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 35 yaşlı argentinalının idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Matias Messinin avtomobilinə ziyan dəysə də, xoşbəxtlikdən o, eləcə də yük maşınının sürücüsü ciddi xəsarət almayıblar.

Qeyd edək ki, xoşagəlməz hadisə Santa Fedə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə