"Çelsi" "Arsenal"ın futbolçusuna 40 milyon ödəyəcək?

"Çelsi" "Arsenal"ın futbolçusuna 40 milyon ödəyəcək?

"Arsenal"ın futbolçusu Aleks Oksleyd-Çemberlen "Çelsi"yə keçməyə yaxındır. "The Sun" nəşrinin yazdığına görə, "Arsenal"ın baş məşqçisi Arsen Venger 24 yaşlı yarımmüdafiəçini komandada qalmağa razı sala bilməyib. "Çelsi"nin bu transfer üçün 40 milyon funt sterlinq ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, Oksleyd-Çemberlen ötən mövsüm 45 matçda 6 qol vurub, 8 qolun ötürməsini verib. Əlavə edək ki, "Çelsi" "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə