2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-San-Marino oyununun hakimləri açıqlanıb. AFFA xəbər verir ki, matçı monteneqrolu hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Nikola Dabanovic olacaq. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar edəcəklər. Dördüncü hakim funksiyasını Pavle Radovanovic yerinə yetirəcək.
Matçın hakim-inspektoru Kaj Ostergaard (Danimarka), komissarı isə Oljas Abrayev (Qazaxıstan) olacaq.
Qeyd edək ki, Azərbaycan-San-Marino oyunu sentyabrın 4-də Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB