"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, İstanbul nəhəngi "Zenit"in müdafiəçisi Netonu heyətinə cəlb edib. Portuqaliyalı müdafiəçi 1 illik icarəyə götürülüb. İcarə qiyməti 500 min avrodur. Bir ildən sonra "Fənərbaxça" 3 milyon avro ödəyib futbolçunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Neto "Zenit"ə 2013-cü ildə İtaliyanın "Siena" klubundan 6,5 milyon avroya transfer olmuşdu. O, Sankt Peterburq klubunun heyətində 105 qarşılaşmada meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə