"Arsenal"dan sonra bu dəfə "Liverpul" Toma Lemarı transfer etmək istəyir. SİA-nın məlumatına görə, "qırmızılar" 21 yaşlı futbolçuya görə "Monako" klubuna 72 milyon avro təklif ediblər.
Bundan başqa, 8 milyon avro bonus kimi nəzərdə tutulub. İngilislər danışıqları qısa müddətdə yekunlaşdırmağa ümid edirlər.
Qeyd edək ki, Lemarın transferinə uzun müddət iddia edən "Arsenal" son olaraq 50 milyon avro təklif etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB