Məşhur baş məşqçi Bakıdadır

Məşhur israilli baş məşqçi Avram Qrant Bakıdadır. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssis paytaxtdakı otellərdən birində “Qarabağ”ın müdafiəçisi Yakub Rzejniçakla şəkil çəkdirib. Polşalı oyunçu həmin fotonu sosial şəbəkə səhifəsində paylaşıb.

Qrantın Bakıya hansı səbəbə görə gəldiyi məlum deyil.

Qeyd edək ki, son iş yeri Qana millisi olan Qrant İsrail yığması, “Çelsi”, “Portsmut”, “Vest Hem Yunayted” kimi klubları da çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə