AƏFM layihəsi Xəzər rayonunda FOTOLAR

AƏFM layihəsi Xəzər rayonunda FOTOLAR

Açıq Əyləncəvi Futbol Məktəbləri layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın, Xəzər rayon İcra Hakimiyyətinin və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə