"Real" yeni rekorda imza atıb

"Real" yeni rekorda imza atıb. SİA-nın məlumatına görə, Madrid klubu Avropanın 5 böyük liqasının klubları arasında ardıcıl 70 matçda qol vuran ilk komanda olub. "Real" son olaraq La Liqanın 3-cü turunda "Valensiya"ya qarşı matçda (2:2) iki qol vurub.

Qeyd edək ki, "Real Madrid" sonuncu dəfə Çempionlar Liqasının yarımfinalında 26 aprel 2016-cı ildə "Mançester Siti"yə qarşı keçirilən oyunda (0:0) meydanı qolsuz tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə