"Aleksandriya" "Vorskla"ya məğlub olub

"Aleksandriya" "Vorskla"ya məğlub olub

Futbol üzrə Ukrayna çempionatında 7-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda "Vorskla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

"Aleksandriya" geridə qalan turlarda topladığı 4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə