“Beşiktaş” yoxlama oyunu keçirmək üçün “Qarabağ”a təklif göndərib?
“Beşiktaş” sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün “Qarabağ”a təklif göndərib. Qol.az-ın xəbərinə görə, Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də “qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.
Amma Ağdam klubunun Çempionlar Liqasının qrupuna düşməsi səbəbindən iş yükünün çoxalması, eləcə də futbolçuların əksəriyyətinin milli komandalarının düşərgəsində olması səbəbindən “Qarabağ” bu təklifə mənfi cavab verib. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB