“Mən “Qarabağ”ı İtaliyanın hansısa komandası ilə müqayisə etmək istəmirəm"

“Mən “Qarabağ”ı İtaliyanın hansısa komandası ilə müqayisə etmək istəmirəm"

“Roma”nın baş məşqçisi növbəti dəfə Çempionlar Liqasının püşkatmasına Eusebio di Françesko münasibət bildirib. Qol.az-ın xəbərinə görə, dünən A seriyasında “İnter”ə 1:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında o deyib ki, rəqiblərindən olan “Qarabağ” qrupun ən zəif komandası olsa da, asan təslim olmayacaqlar.

“Mən “Qarabağ”ı İtaliyanın hansısa komandası ilə müqayisə etmək istəmirəm. Hər biri fərqli komandadır” – deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə