Flaqman "Xəzər-Lənkəran"la oyunöncəsi məşqə çıxdı

Flaqman "Xəzər-Lənkəran"la oyunöncəsi məşqə çıxdı

Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində "Xəzər-Lənkəran"la qarşılaşacaq "Neftçi" PFK son məşqinə çıxıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "ağ-qaralar"ın axırıncı hazırlıq prosesi oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda gerçəkləşib. Baş məşqçi Arif Əsədov, məşqçilər Elmir Xankişiyev, Bəxtiyar Musayev, Covanni Melkiorre və Neboyşa Manoyloviçin rəhbərliyi altında keçirilən məşqdə öncə müxtəlif təmrinlər yerinə yetirilib. Daha sonra futbolçular ikitərəfli oyunda qüvvələrini sınayıblar. Məşqi "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov da izləyib.

Qeyd edək ki, "Xəzər-Lənkəran" - "Neftçi" matçı bu gün saat 19:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə