Azərbaycanlı həndbol hakimləri kişilər arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlara dəvət alıblar. Azərbaycan Həndbol Federasiyasının məlumatında deyilir ki, Monteneqronun “Partizan” və Belçikanın “Axilles Boxolt” komandaları arasındakı oyunda ədaləti Vaqif Əliyev və Ələkbər Ağakişiyev qoruyacaqlar. Hakimlərimizin oyunları idarə etməsi EHF-in təmsilçisi avstriyalı Qerhard Reysinger tərəfindən qiymətləndiriləcək.
Qarşılaşmalar sentyabrın 2-də və 3-də Belçikanın Boxolt şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB