Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü turun son gününün ilk oyununda “Zirə” komandası “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksi stadionunda baş hakim Ömər Paşayevin idarə etdiyi matçda ev sahibləri qalib gəlib.
Görüşün ilk hissəsində hesab açılmayıb. İkinci hissədə hücumlarının sayını artıran “Zirə” matçın 52-ci dəqiqəsində Riçard Qadzenin vurduğu qolla hesabı açıb. Çox keçmədən ev sahibləri ikinci topu qonaqların qapısından keçiriblər. Vüsal İsgəndərli 61-ci dəqiqədə fərqlənib. O, görüşün 78-ci dəqiqəsində hesab arasındakı fərqi üç topa çatdırıb. Oyunun 88-ci dəqiqəsində Jozef Bum avtoqola imza ataraq hesab arasındakı fərqi iki topa endirib - 3:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB