Moskvada keçirilən bədii gimnastika üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Aliyə Qarayeva çoxnövçülük yarışlarında 4-cü olub. SİA-nın məlumatına görə, çempionatının 5-ci günündə A.Qarayeva halqa ilə hərəkətlərdə 27.300, topla hərəkətlərdə 27.800 və lentlə hərəkətlərdə 27.450 bal toplayıb. Onun ümumi balı 110.300 olub. Həmyerlimiz ümumi hesabda Belarus idmançısından cəmi 0.05 bal geri qalıb.
Çoxnövçülük yarışlarının qalibi rus gimnastı Yevgeniya Kanayeva olub. Digər rusiyalı gimnast Darya Kondakova və belaruslu Stanyuta Militina 2-ci və 3-cü yerləri bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB