Ramil Şeydayevin komandası qalib gəlib

Ramil Şeydayevin komandası qalib gəlib

Futbol üzrə Slovakiya çempionatında 6-cı turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi son çempion "Jilina" doğma meydanda Trnava "Spartak"ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.

Əvvəlki oyunlarda olduğu kimi, millimizin forvardı bu qarşılaşmanın da iştirakçısı olmayıb. Məhz çox şans qazana bilmədiyi üçün Slovakiya klubundan ayrılmağa hazırlaşan Ramilin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, "Jilina" geridə qalan turlarda cəmi 6 xal toplayıb və 12 klub arasında 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə