Antonio Konte ÇL-də yer aldıqları qrup barədə danışıb

Antonio Konte ÇL-də yer aldıqları qrup barədə danışıb

“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasında yer aldıqları qrup barədə danışıb. SİA-nın məlumatına görə, italiyalı mütəxəssis "Roma", "Atletiko" və təmsilçimiz "Qarabağ"ın olduğu qrupda güclü komandaların oynayacağını bildirib: "Çətin qrupa düşmüşük. Rəqiblərimiz ciddi komandalardır. Heç bir oyun rahat olmayacaq. "Atletiko" və "Roma" ilə çox çətin mübarizə aparmalı olacağıq. Onu da yaxşı bilirəm ki, Azərbaycana uzun məsafə qət edəcəyik və bu da bizə çətinlik yaradacaq”.

Qeyd edək ki, "Qarabağ" qrupda ilk matçını Londonda "Çelsi"yə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə