"Qarabağ" "Qəbələ"yə qələbə üçün yollandı

"Qarabağ" "Qəbələ"yə qələbə üçün yollandı

"Qarabağ" artıq Qəbələyə yola düşüb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ağdam təmsilçisi bu gün eyniadlı rayonun komandası ilə qarşılaşacaq. 
Komanda Qəbələyə 20 futbolçu ilə yollanıb. Əfran İsmayılovla yanaşı, zədələnən Ayxan Abbasov da şimala aparılmayıb. Aftandil Hacıyev isə artıq tamamilə sağalıb.


Saat 17:00-da keçiriləcək oyunun hakimləri də məlumdur:

"Qəbələ" - "Qarabağ"
Hakimlər: Əfqan Həmzəyev, Eldar Nağıbəyov, Elşən Acalov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əmir Zamanov
Qəbələ şəhər stadionu. Saat 17:00

Bütün xəbərlər Facebook səhifəmizdə