Hacı Əliyev: "Növbəti hədəfim Olimpiya çempionu olmaqdır" AÇIQLAMA
"Üçüncü dəfə dünya çempionu oldum. Sevincimin həddi-hüdudu yoxdur. İlk dəfə bu ada 2014-cü ildə, ikinci dəfə isə 2015-ci ildə layiq görülmüşəm. Məni dəstəkləyən bütün insanlara təşəkkür edirəm". SİA-nın məlumatına görə, bu fikirləri üçqat dünya çempionu Hacı Əliyev deyib.
O bildirib: “Üçüncü dəfə dünya çempionu olmağımda təkcə özümün deyil, məşqçilərimin, ailəmin də böyük əziyyəti olub. 26 yaşım var, karyeram hələ qabaqdadır. Növbəti hədəfim 2020-ci ildə Olimpiya çempionu olmaqdır. Bu, mənim ən böyük arzumdur”. //AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB