Vasif Durarbəyli vahid liderdir
Gürcüstanın Batumi şəhərində keçirilən 8-18 yaşlı oğlan və qızların Avropa çempionatında 5-ci tur yekunlaşıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 80-ə yaxın şahmatçımızın iştirak etdiyi Avropa çempionatında müxtəlif yaş qruplarında aşağıda adları göstərilən şahmatçılarımız yüksək nəticələr əldə edərək liderlik uğrunda mübarizəni davam etdirirlər.
8 yaşlı oğlanlarda 4 xal toplamış iki şahmatmızdan Abdulla Qədimbəyli 4-cü, Fərid Aslanov isə 5-ci pillədə qərarlaşıb. 12 yaşa qədər yeniyetmələrin mübarizəsində Ülvi Sadıxov 4 xalla 3-11-ci yerləri bölüşdürsə də, əlavə toplanan əmsala görə 6-cıdır. Eyni yaş qrupunda qızların mübarizəsində isə Günay Məmmədzadə 4 xalla 5-ci pillədədir. 14 yaşlı qızlarda Fətəliyeva Ülviyyə 4 xalla 2-5 yerləri bölüşdürür (əmsala görə isə 4-cüdür). 16 yaşaqədər qızların mübarizəsində isə Xələfova Nərmin 4 xalla turnir cədvəlinin 3-cüsüdür. Oğlanlardan isə Nicat Abasov 4 xalla 3-7-ci yerləri bölüşdürür (əmsala görə 6-cı pillədədir). 18 yaşlıların mübarizəsində isə Vasif Durarbəyli 4.5 xalla turnir cədvəlinin vahid lideridir. Eyni yaş qrupunda qadınların mübarizəsində isə 4 xala malik Xəyalə Abdulla 3-cü, 3.5 xalla Nərmin Kazımova isə 4-cüdür.
Qeyd edək ki, Avropa çempionatına Azərbaycan rekord sayda şahmatçı ilə qatılıb - 80-ə yaxın. Çempionat sentyabrın 28-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə