“Başakşəhər” Adebayor ilə müqaviləsinin müddətini artırıb

“Başakşəhər” Adebayor ilə müqaviləsinin müddətini artırıb

“Başakşəhər” hücumçusu Emmanuel Adebayor ilə müqaviləsinin müddətini artırıb. SİA-nın məlumatına görə, toqolu oyunçu ilə 2020-ci ilə qədər yeni müqavilə imzalanıb. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb. Onun əvvəlki anlaşmasının vaxtı gələn ilin mayında başa çatırdı.

Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Real” kimi klubların şərəfini qoruyan hücumçu bu ilin əvvəlində istanbullulara qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə