“Qarabağ”ın ÇL-də ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib

“Qarabağ”ın ÇL-də ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib

Çempionlar Liqasında "Qarabağ"ın ev və səfər oyunlarını keçirəcəyi stadionların adları açıqlanıb. SİA-nın məlumatına görə, Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Beləliklə, komandanın ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyəcəyi qətiləşib.

“Qarabağ”ın rəqiblərindən olan "Atletiko" ev oyunlarını "Estadio Metropolitano", “Çelsi” əvvəlkitək "Stemford Bric", “Roma” isə "Olimpiko" stadionunda keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə