Serxio Ramosun cəzası qüvvədə saxlanılıb

Serxio Ramosun cəzası qüvvədə saxlanılıb

İspaniya Futbol Federasiyası "Real Madrid"in kapitanı Serxio Ramosun 1 oyunluq cəzasını qüvvədə saxlayıb. SİA-nın məlumatına görə, Madrid klubu La Liqanın 1-ci turunda "Deportivo" ilə görüşdə (3:0) Ramosun 2-ci sarı vərəqəsinə etiraz edirdi. "Real"ın təcrübəli müdafiəçisinin qəsdən qayda pozmadığ; və top uğrunda mübarizə apardığ bildirilrdi.

"Kral klubu"nun etirazını nəzərdən keçirən federasiya bunu əsassız hesab edib. Beləliklə, Ramos 2-ci turda "Valensiya"ya qarşı keçiriləcək oyunu buraxmalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə