Ronaldo: "Əsas məqsədim bütün mümkün titulları qazanmaqdır" AÇIQLAMA
"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo avqustun 24-də Monakoda baş tutan mərasimdə UEFA versiyasında ötən mövsümün ən yaxşı futbolçusu mükafatına sahib çıxıb. SİA-nın məlumatına görə, portuqalialı ulduz növbəti dəfə Avropanın ən güclüsü olmasına belə münasibət bildirib: "Hər il mənim hədəflərim dəyişilməzdir. Əsas məqsədim klub və milli komanda ilə bütün mümkün titulları qazanmaqdır. Bu mükafatı yenidən almaq böyük şərəfdir. Həmkarlarımı da təbrik edirəm. Milli komandaya hər dəfə gedəndə gərgin çalışmaq və irəli addımlamaq üçün motivasiya əldə edirəm. "Real" azarkeşlərinə və bu mükafatı qazanmağıma dəstək olan hər bir kəsə təşəkürümü bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB